Home Connect ilə ağıllı evinizin bütün imkanlarını açın və gündəlik işlərinizi sadələşdirin. Harada olursunuzsa olun, Bosch məişət cihazlarının hamısını Home Connect tətbiqi ilə uzaq məsafədən izləyin və idarə edin. Sadəcə tətbiqi yükləyin və bu gündən yeni ağıllı ev səyahətinizə başlayın.

Şam yeməyi – hazırdır!

Home Connect ilə ev cihazlarınızı öz istədiyiniz kimi idarə edə bilərsiniz. Qabyuyan maşının işini izləməkdən tutmuş, hələ mağazada olarkən sobanı öncədən qızdırmağa qədər hər şeyi rahatlıqla edə bilərsiniz. Hətta səsli köməkçinizi şəxsi baristanıza çevirə bilərsiniz – sadəcə deyin: “Alexa, qəhvə maşınıma de ki, mənim sevdiyim qəhvəni hazırlasın” və qalanını Bosch qəhvə maşınınız edəcək. Növbəti sifariş hazırdır!

Qoşulu ekosistem.

İstər səs köməkçilərini bişirmə rutininizə daxil etmək, istər enerji idarəçiliyində ağıllı davranmaq istəyin, Home Connect-in genişlənən qoşulu xidmət ekosistemi azadlıq və idarəetməni əlinizin içinə gətirir.

Wi-Fi funksiyalı soyuducu daha çox üstünlük gətirir.

Ağıllı soyuducu nədir? Əvvəla, o böyük də ola bilər, kiçik də. 215 litrlik, nazik ağıllı soyuducu, böyük tutumlu Amerika tipli soyuducu-dondurucu qədər ağıllıdır. Çünki bütün Wi-Fi-li soyuducularımız ağıllarını Bosch Home Connect tətbiqindən alır.

Bəs ağıllı soyuducu nə edir? O, temperaturu siz səfərdə olarkən belə idarə etməyə, qida israfının qarşısını almağa, enerjiyə qənaət etməyə və hətta alış-verişinizi planlaşdırmağa imkan verir.

Mətbəx mebeli açıq qapıları olan, içi dolu soyuducu/dondurucunu nümayiş etdirir.

Açıq qalan qapını nəzərdən qaçırmayın.

Elektrik xərcinizə və ərzaqların qorunmasına gəldikdə, məsələ yalnız dərəcələrlə ölçülür. Əgər qapı açıq qalsa və ağıllı soyuducunuzun içindəki Wi-Fi termometri temperaturun artdığını aşkar etsə, siz təkcə enerjini boşa xərcləmiş olmursunuz, həm də ərzaqlar xarab ola bilər. Qoşulu soyuducu-dondurucunuz sizə push bildirişi göndərəcək ki, vaxtında tədbir görə biləsiniz.

Home Connect tətbiqi ilə soyuducu/dondurucunun içini göstərən smartfon. Arxa planda isə mətbəxdə açıq soyuducu/dondurucu görünür və müasir, rahat ərzaq idarəçiliyinin bir görüntüsünü təqdim edir.

Ağıllı soyuducunuzu istənilən yerdən idarə edin.

Bosch Home Connect tətbiqi ilə Wi-Fi-lı soyuducu-dondurucunuzun temperaturunu istənilən yerdən tənzimləyə bilərsiniz. Məsələn, böyük alış-verişdən evə qayıdarkən SuperCool və SuperFreeze funksiyalarını aktivləşdirin. Beləliklə, çoxlu yeni məhsulu dondurucu səbətinə və ya soyuducu rəfinə yerləşdirə bilərsiniz və bu zaman bölmələrdə temperatur dalğalanması yaranmaz.

Açıq soyuducunun qarşısında dayanan bir nəfər smartfon tutaraq ərzaq siyahısına baxır.

Yemək planlaması indi daha iştahaaçandır.

Ağıllı soyuducunun üstünlüklərindən biri də Bosch Home Connect tətbiqinin “israf etmə, ehtiyac duyma” prinsipi əsasında alış-verişinizi təşkil etməyə kömək etməsidir. Sadəcə məhsulların raf ömrünü inventar siyahısına daxil edin və ağıllı soyuducu-dondurucunuz sizə təkcə südün son istifadə tarixindən əvvəl içilməsini xatırlatmayacaq, həm də bitdikdə yenisini almağı yada salacaq. Digər ağıllı soyuducu funksiyaları ilə birlikdə inventar siyahısı Bosch Wi-Fi-li soyuducunuzda qalan ərzaqlardan istifadə etmək üçün reseptlər də təklif edə bilər.

Dəniz kənarında oturacaqda istirahət edən bir şəxs smartfonla Bosch soyuducusunun parametrlərini idarə edir.

Daha çox soyutma, daha az xərc.

Siz dincələrkən ağıllı soyuducunuz niyə eyni şeyi etməsin? Artıq hava limanında olsanız və ya çimərlikdə istirahət etsəniz belə, Wi-Fi funksiyalı soyuducunuzu Holiday (Tətillik) rejiminə qoya bilərsiniz. Siz evdə olmadığınız üçün qapı açılmayacaq və bu müddətdə daxili temperaturu bir qədər artırmaqla, saxlama şəraitinə təsir etmədən elektrikə qənaət etmək mümkündür. Və tətildə olmaq soyuducunuzu səmərəli saxlamağın yeganə yolu deyil. Eco rejimini aktivləşdirməklə soyutma gücü azalmadan enerji sərfiyyatını aşağı sala bilərsiniz.

Bosch Home Connect ilə soyuducu məişət texnikaları.

Ağıllı soyuducu-dondurucudan daha çox faydalanın.

Bu gün wifi ilə qoşulan soyuducu və dondurucu modellərimizi kəşf edin və Bosch Home Connect-in təzəliyi və dadı maksimum dərəcədə qorumağa necə kömək etdiyini görün.

Bütün ağıllı soyuducu və donduruculara baxın.

Tərəfdaşlarla qoşulun və onu özünüzə uyğunlaşdırın.

Bosch Home Connect tərəfdaşlarımız ağıllı mətbəx təcrübənizə daha çox rahatlıq, idarəetmə imkanı və komfort qatır. Səsli köməkçilərdən tutmuş ağıllı enerji idarəetmə həllərinə və IFTTT™ avtomatlaşdırmalarına qədər istənilən funksiyanı inteqrasiya edə bilərsiniz. Seçim sizindir. Gəlin, xəyallarınızı sərbəst buraxın və gündəlik həyatınızı sadələşdirmək üçün yeni rutinlər yaradın.

Dəhlizdən ön giriş qapısına doğru bir görüntü. Kənarda üstündə ağıllı səsli dinamik olan bir masa var. Küncdə isə praktiki çətirlik və səliqə ilə asılmış paltolar görünür.

Səsli köməkçilər.

Arzunuz bizim üçün əmrdir. Google Home və ya Amazon Alexa-nı Bosch Home Connect-ə qoşun və səsli idarəetmə ilə ağıllı ev cihazlarınızı işlədin. Qabyuyan maşını işə salmaq və ya barmağınızı tərpətmədən bir fincan qəhvə dəmləmək kimi gündəlik işləri səsinizlə tamamlayın.

Mətbəx fonunda açıq qabyuyan maşın görünür. Ön planda tutulan mobil cihazın ekranında “if this then that” mesajı yer alıb və mənzərəyə müasir rahatlıq qatır.

IFTTT™ ilə ağıllı evinizi fərdiləşdirin.

Tərəfdaşımız IFTTT™ ilə gündəlik işləri avtomatlaşdırın – məsələn, şam yeməyi hazır olanda işıqların yanıb-sönməsi və ya qəhvəniz hazır olduqda sevimli mahnınızın səslənməsi kimi əvvəlcədən qurulmuş və ya fərdi rutinlər yaradın.

Home Connect ilə bağlı Tez-tez Verilən Suallar.

Home Connect-ə necə qeydiyyatdan keçə bilərəm?

Home Connect tətbiqini yükləyin və hesab yaradın.

Cihazımı Home Connect tətbiqi ilə necə qoşa bilərəm?

Cihazınızı Home Connect vasitəsilə Wi-Fi şəbəkəsinə qoşmaq üçün verilmiş QR kodu skan edə bilərsiniz. QR kodu sizə təqdim olunan “Sürətli Başlanğıc Bələdçisi”ndə (Quick Start Guide) yerləşir. Əgər bu sənəd sizdə yoxdursa, sadəcə “Məndə çap olunmuş bələdçi yoxdur” düyməsini seçin və E-nömrənizi daxil edin. Alternativ olaraq, cihazınıza uyğun QR kodunu tapmaq üçün Home Connect vebsaytındakı Qoşulma Bələdçisindən (Connection Guide) istifadə edə bilərsiniz.

Home Connect cihazım qoşulma zamanı niyə görünmür?

Mobil cihazınızın Home Connect cihazını qoşduğunuz eyni Wi-Fi şəbəkəsinə bağlı olduğundan əmin olun. Əgər söhbət məhz aspirator (hood) və ocaqdan (hob) gedirsə, hər ikisinin Home Connect hesabınıza qoşulduğunu yoxlayın. Router ikili (dual band) şəbəkə dəstəkləyirsə, hər iki şəbəkənin adının fərqli olmasına diqqət edin. Wi-Fi genişləndirici (extender) istifadə edirsinizsə, onun adının da routerdən fərqli olduğuna və qoşulmanı extender üzərindən etdiyinizə əmin olun.

Home Connect tətbiqində cihazı seçdikdən sonra niyə Wi-Fi şəbəkəsinə qoşulmur?

Əgər Home Connect tətbiqi vasitəsilə cihazınıza səhv Wi-Fi parolu və ya məlumat göndərilibsə, cihaz şəbəkəyə qoşula bilməyəcək. Bunun üçün cihazınızda həmin şəbəkəni “unut” edib (forget) yenidən qoşulun və parolun düzgünlüyünü yoxlayın.

Home Connect cihazımla birlikdə gələn təlimatı itirmişəm, yenisini haradan tapa bilərəm?

Əgər təlimata çıxışınız yoxdursa, onu onlayn şəkildə buradan tapa bilərsiniz. .

Əlavə olaraq, cihazınızın E-nömrəsini (E-Number) bilirsinizsə, qoşulma prosesi zamanı “Məndə çap olunmuş bələdçi yoxdur” düyməsini seçərək bu nömrəni daxil edə və təlimatları birbaşa tətbiqdən əldə edə bilərsiniz.

Home Connect cihazımı qoşarkən hansı addımları yerinə yetirməliyəm?

Cihazınızla birlikdə verilmiş Home Connect quraşdırma təlimatına uyğun hərəkət edin. Hər bir cihaz üçün addımlar fərqlidir. Bu addımları qoşulma zamanı Home Connect tətbiqində də görə bilərsiniz.

Home Connect tətbiqi niyə Wi-Fi şəbəkəmə qoşulmur?

Cihazların bəziləri avtomatik olaraq internet bağlantısı olan şəbəkə axtarır. Qoşulma (pairing) zamanı mobil cihazınız məlumatları ötürmək üçün məişət cihazının yaratdığı Wi-Fi şəbəkəsinə bağlanır. Həmin şəbəkənin internetə çıxışı olmadığı üçün telefon avtomatik olaraq internetli başqa bir şəbəkəyə keçir və qoşulma prosesi yarımçıq qalır. Bunun qarşısını almaq üçün təyyarə rejimini (Airplane/Flight mode) aktiv edin, sonra Wi-Fi-ni yenidən qoşun və marşrutlaşdırıcınızın (router) Wi-Fi şəbəkəsinə qoşulduğunuza əmin olun. Bu halda qoşulma prosesi fasiləsiz davam edəcək..

Home Connect qoşulma prosesi Wi-Fi şəbəkəmə qoşulduqdan sonra niyə uğursuz olur?

Evinizdə olan başqa bir cihazla internetə daxil ola bildiyinizə əmin olun. İnternet bağlantısını yoxlamaq üçün mobil internetdən istifadə etməyin. Məişət cihazının quraşdırıldığı yerdə şəbəkə siqnalının güclü olduğuna diqqət yetirin.

Home Connect tətbiqində mənim Wi-Fi şəbəkəm niyə görünmür?

Routeri (həmçinin mövcuddursa, Wi-Fi gücləndirici və ya repeaterləri) elektrik şəbəkəsindən ayırın və bütün göstərici işıqların söndüyünə əmin olun. 30 saniyə gözlədikdən sonra routeri yenidən elektrikə qoşun. Router tam işə düşdükdən sonra bağlantını başqa bir mobil cihazla yoxlayın. Daha ətraflı məlumat üçün routerinizin istifadəçi təlimatına baxa bilərsiniz.

Home Connect tətbiqi hələ də işləmir, nə edə bilərəm?

Home Connect tətbiqini silin, daha sonra ən son versiyasını yenidən yükləyib quraşdırın. Bu addımdan sonra mobil cihazınızı yenidən başladın və qoşulma (pairing) prosesinə yenidən başlayın.

Home Connect cihazım hələ də qoşulmur, nə edə bilərəm?

Cihazınızı ilkin (factory) parametrlərinə qaytarmalısınız. Təlimat kitabçasında məişət cihazının sıfırlanması ilə bağlı göstərişləri tapa bilərsiniz.

Wi-Fi router üçün minimum tələblər varmı?

Home Connect sistemi bazarda mövcud olan bütün standart Wi-Fi routerlərlə işləyir, yetər ki, onların yaşı təxminən beş ildən çox olmasın. Təhlükəsizlik baxımından Wi-Fi şəbəkəsinin mütləq şifrələnmiş olması tələb olunur (WPA və ya WPA2). Əgər şəbəkəniz şifrəsizdirsə, cihazınızı qeydiyyatdan keçirmək mümkün olmayacaq.

Tətbiqimdə xəta kodu var. Bu nə deməkdir?

Bu kodun nə demək olduğunu və problemin necə aradan qaldırılacağını Home Connect saytında ətraflı şəkildə tapa bilərsiniz. Bütün xəta kodlarına baxın.

Home Connect məlumatlarımı qoruyurmu?

Dəyərli məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün Home Connect yalnız şifrələnmiş Wi-Fi şəbəkələri (WPA və ya WPA2) ilə işləyir. Beləliklə, Home Connect istifadəçi üçün mümkün qədər təhlükəsizdir. Buna həmçinin peşəkar hakerlərə qarşı qorunmaq üçün müntəzəm sistem yoxlamaları da daxildir.

Home Connect hansı əməliyyat sistemlərində mövcuddur?

Home Connect tətbiqi iOS və Android üçün mövcuddur.

Home Connect hansı Bosch cihazlarını dəstəkləyir?

Bosch veb saytında məhsullara baxarkən filtr seçimlərindən “Smart Appliance” seçin və sizə Home Connect ilə uyğun cihazlar göstəriləcək.

Həmçinin hər hansı konkret cihazın məhsul səhifəsində Home Connect qeydinin olub-olmadığını yoxlaya bilərsiniz. Eyni zamanda, cihazınızın təlimat kitabçasına baxaraq onun Home Connect funksiyasına malik olub-olmadığını müəyyən edə bilərsiniz.

MyBosch

MyBosch-a üzv olmaqla tam üstünlük əldə edin!

Bizim xidmət

Mükəmməl xidmət - satın almadan əvvəl və sonra.

Bakı | Azərbaycan
YURD SERVICE MMC
Bakixanovküç.,75-79
+994124413301
+994504173434
+994554173434
info-service@yurd.az

Bakı | Azərbaycan
BAKU SERVICE COMPANY MMC.
1-ci filial Nərimanor r-nuƏhməd Rəcəbli küç. 1, bina 50C
2-ci filial Xətai r-nuM.
Hadi küç.41 Y.
012991
info@bakuservice.az

Bakı | Azərbaycan
MD Service MMC
Bakı şəh., Şirin Mirzəyev küç.,61
Tel:*2212

+49 89 4590-3641

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.

Satıcı tapın

Sizə yaxın dilerlər və ya xidmət mağazaları tapın!