Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Bosch məişət texnikası məhsullarının tarixi.

Zamana tabe olmayan bir şey var: daha yaxşıya nail olmaq təşəbbüsümüz.

Nəsildən-nəslə Bosch məişət texnikası gündəlik həyatı asanlaşdırmağa kömək edir: bu məhsullar sahiblərinin ən yüksək tələblərinə cavab verməklə onların sadiq köməkçilərinə çevriliblər. Təqribi yüz əlli illik tarix ərzində Bosch məişət texnikaları sonsuz sayda evdə sonsuz sayda yorucu işləri uğurla icra ediblər və bütün bunlar bir sadə məqsəd naminə - bizim həyat keyfiyyətimizi yaxşılaşdırmaq üçün vaxta qənaət etmək.

Bu gün, sabah və hər zaman yanınızda. Bizim məişət texnikalarımız.

Gündəlik işlərinizi təxirə sala bilmərik. Ancaq onları sizin üçün qısalda bilərik. Avropanın bir nömrəli məişət texnikası brendi olaraq gündəlik həyatınızı asanlaşdırmaq üçün biz hər zaman ən yüksək məhsuldarlıq təklif edirik. Bosch məişət texnikası ilə biz təkrarolunmaz keyfiyyət, texniki mükəmməllik və tam etibarlılıq təqdim edirik. Dünən, bu gün və gələcəkdə.

Çərçivədən kənar düşünərək: mobil texnologiyalar məişət texnikasına təşrif buyurur.

Home Connect vasitəsilə Bosch istifadəçilərə öz məişət texnikalarını evdə olmadan belə idarə etməyə imkan verir. Artıq siz sobanı təsadüfən yanılı qoyub evdən getməyiniz və ya soyuducuda südün mövcudluğu barədə suallarla narahat olmaya bilərsiniz. Bütün bunlar mobil cihazlar və ya planşetlər üçün nəzərdə tutulan Home Connect tətbiqi vasitəsilə rahatlıqla nəzarətdə saxlanıla bilər.

Yuyucu vasitələrin istifadə miqdarının müəyyən edilməsində yüksək dəqiqlik.

Biz daim öz məhsullarımızı təkmilləşdiririk. Belə ki, 10 haldan 9-da yuyucu vasitənin miqdarı əl ilə yanlış formada ölçülür. İstehsal etdiyimiz paltaryuyan maşınlar yuyucu vasitənin miqdarının müəyyənləşdirilməsini asanlaşdırır. Yeni i-DOS texnologiyası yuyulan paltarların tipi və miqdarına uyğun olaraq maye yuyucu vasitənin həcmini avtomatik müəyyən edir. Bu həm yuyulan paltarlar, həm də ətraf mühit üçün səmərəlidir.

Bundan sonra ən yaxşı qəhvə evinizdə hazırlanacaq. Bosch tərəfindən.

Artıq ləziz espresso üçün evdən çıxmağa ehtiyacınız olmayacaq. Tam avtomatlaşdırılmış espresso qəhvə maşınlarımız vasitəsilə siz asanlıqla ev şəraitində mükəmməl espresso və ya kapuçino hazırlaya bilərsiniz.

Ehtiyac olmayan resurslardan istifadə etmirik. Məsələn, istixana qazları.

Ötən əsrin 90-cı illərində dünya ictimaiyyəti ətraf mühitin qorunması üçün dayanıqlı vasitələrə ehtiyac olduğunu tamlıqla dərk etməyə başlamışdır. Eyni zamanda, Bosch şirkəti də bu istiqamətdə öz standartlarını tətbiq etməyə başlamış, nəticə olaraq Almaniya, Yunanıstan və İspaniyada soyuducu zavodlarında tamlıqla xlorftorkarbon və hidroftorkarbon tullantılarından azad istehsalata keçmişdir.

Meyvə və tərəvəzlərin təravətlilik müddətini artırırıq.

1989-cu ildə Bosch şirkəti daha bir innovativ yenilik təqdim etdi: 0° dərəcə soyutma texnologiyası. Bununla bizim soyuducularımızda meyvə və tərəvəzlər daha uzun müddətə təzə və təravətli qalırlar.

Bir məşişət texnikası - çoxlu imkanlar.

1980-ci illərdə Bosch şirkəti gündəlik həyatla bağlı artan tələbata cavab olaraq gözləntiləri doğruldan yenilik təqdim etdi. Daxildə quraşdırıla bilən məişət texnikası. Zamanın tələbləri tezliklə Bosch tərəfindən sezilmiş və qısa zamanda bir çox funksiya vahid bir məişət texnikasında toplanmışdır. Təəccüblü deyil ki, özünütəmizləmə texnologiyasına malik, inteqrasiya edilmiş mikrodalğalı soba və çoxfunksiyalı sobanı birləşdirən quraşdırıla bilən bişirmə panelləri ilk dəfə olaraq bizim tərəfimizdən təqdim edilmişdir.

Cəmi bir neçə dəqiqəyə bişirmək imkanı.

1970-ci illər sürətlənmə dövrü olmuşdur: zaman, hər kəs üçün dəyəri durmadan artan bir əmtəəyə çevrilmişdir. Məhz buna görə Bosch şirkəti 1973-cü ildən etibarən işgüzar xanımların və müvafiq olaraq minlərlə ailənin əvəzedilməz köməkçisinə çevrilmiş ilk mikrodalğalı sobanı təqdim etmişdir.

Paltaryuyan maşın və qurutma maşını nəhayət ki, bir qurğuda birləşdi.

70-ci illərə xas şalvar, mini ətək, poliester köynəkləri fasiləsiz olaraq yuyub-qurutmaq üçün Bosch ilk kombinə edilmiş paltaryuyan və qurulayan maşını təqdim etmişdir.

Kiçik məişət texnikası - böyük məhsuldarlıq.

Havalandırma aspiratorları, elektrik diş fırçaları, tozsoranlar və bir çox digər Bosch məhsulları 70-ci illərdə həyatı əsaslı dərəcədə asanlaşdırmışdır. 1970-ci ildə bazara təqdim edilmiş ilk Bosch yumurta qaynatma cihazı sayəsində səhər yeməyi üçün mükəmməl yumurta bişirilməsi çox asan bir prosesə çevrilmişdir.

Qabların əl ilə yuyulması artıq keçmişdə qalıb.

60-cı illərdə cəmiyyətdəki rollarda dəyişiklik baş vermiş və artıq qadınlar üçün işləmək normal bir hal hesab olunmağa başlamışdır. Biz, işgüzar xanımların ev işlərini daha asan şəkildə görməsi üçün onlara yardım əlimizi uzatdıq. Bosch Məişət Texnikası silsiləsinin ilk qabyuyan maşını əl ilə qab yuma dövrünün sonu demək idi. Bu həm vaxta, həm də suya qənaətdir və hər zaman parlaq nəticə təmin olunur.

Yuma, sıxma, qurulama - hər bir mərhələ avtomatlaşdırılıb.

Bosch markalı paltaryuyan maşınların kütləvi istehsalı 1958-ci ildə başlanmışdır. Nəticədə paltarların yuyulması mövzusu arxa plana keçmişdir.

İlk Bosch mətbəx kombaynı.

Zaman keçdikcə müasir evlərdə daha çox elektrik avadanlığına rast gəlinməyə başlanır və biz ilk mətbəx kombaynımızı bazara təqdim edirik. "Neuzeit I" mətbəx kombaynı qarışdırmaq, əzmək, yoğurmaq, doğramaq, kəsmək, püre hazırlamaq və üyütmək kimi funksiyalara malikdir. Bu məişət texnikası xanımları mətbəx qayğılarının bir çoxundan azad edərək bişirmə prosesini asanlaşdırır.

Vaxtı ilə gözəl, indi klassik dizayn nümunəsi.

Bosch şirkəti soyuducu həcminin səmərəli istifadəsi və böyük dondurucusu ilə fərqlənən soyuducu istehsal etməyə başlayır. Unikal dizayna malik Slimline modeli insanlar arasında geniş populyarlıq qazanmışdır. Bu cür klassik dizayna malik, son texnologiyalarla təchiz edilmiş soyuduculara günümüzdə də bir çox evlərdə rast gəlmək olar.

Uğur hekayəmizin yeni mərhələsi. Bosch istehsalı ilk elektrikli soyuducu.

1933-cü ildə Almaniyada ilk məişət texnikası məhslumuzu təqdim etdik. Bosch markalı kiçik elektrikli soyuducu 60 litr həcmə və dəyirmi formaya malik idi.

Məişət texnikasının gələcəyi. Hər şey buradan başlayır.

1929-cu ildə Bosch korporasiyasının artıq 10 mindən çox əməkdaşı var idi və şirkət dünyanın hər tərəfində fəaliyyət göstərirdi. Ancaq hələ ki, yalnız avtomobil və sənaye texnologiyaları sahəsində. Böyük Böhranın təsiri ilə 1920-ci illərin sonunda yeni biznes istiqamətləri yaranmağa başlamışdır. Nəticədə daha öncə yalnız iri müəssisə və kommersiya əməliyyatlarında istifadə edilən elektrik məişət avadanlıqları daha səmərəli və əlçatan qiymətə təklif edilməyə başlandı.

Robert Boschun ilk emalatxanası Bosch Məişət Texnikası şirkətinin əsasıdır.

Ştutqartda dəqiq mexanika və elektrik mühəndisliyi üzrə emalatxanasını açmaqla Robert Bosch böyük nailiyyətlərə çatacaq şirkətimizin tarixinin başlanğıcını qoymuşdur. Ən yüksək keyfiyyət tələblərinə cavab verməyən məhsul istehsalı fikri onun üçün qəbuledilməz idi. Robert Bosch hər zaman "İnsanların güvənini itirməkdənsə, pul itirməyi üstün tuturam” iş prinsipini üstün tutmuşdur. Məhz bunun sayəsində 130 illik tarix ərzində məhsullarımız qüsursuz keyfiyyətə, texniki mükəmməlliyə və tam etibarlılığa malikdir.

Bizim xidmət

Mükəmməl xidmət - satın almadan əvvəl və sonra.

Bakı | Azərbaycan
YURD SERVICE MMC
Bakixanovküç.,75-79
+994124413301
+994504173434
+994554173434
info-service@yurd.az

Bakı | Azərbaycan
BAKU SERVICE COMPANY MMC.
1-ci filial Nərimanor r-nuƏhməd Rəcəbli küç. 1, bina 50C
2-ci filial Xətai r-nuM.
Hadi küç.41 Y.
012991
info@bakuservice.az

+49 89 4590-3641

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.

Satıcı tapın

Sizə yaxın dilerlər və ya xidmət mağazaları tapın!