
Böyük və məsuliyyətli – bizim böyük dondurucu soyuducu modellərimiz.
Əgər məşğul iş qrafikiniz səbəbindən daha az və toplu alış-veriş etməyi üstün tutursunuzsa və ya geniş ailə və dostlarınızı əyləndirməkdən zövq alırsınızsa, dolu-dolu yaşanılan həyat çox vaxt dolu soyuducu deməkdir.Tam bir qarpızı və çosaylı yemək qalıqlarını buzsuz dondurucuda saxlamaq üçün kifayət qədər yeriniz olduğunu bilmək çox vacibdir. Bosch sizin bu yaşamınıza kömək etmək üçün çox sayda böyük modellər hazırlayıb.
Uyğun ölçü seçin.
Soyuducu və ya dondurucu bölmənin tutumunun - 60% və ya 70% olmasını istəyiniz seçim üçün önəmlidir. Dizayn seçimlərimizə nəzər salın.
XL ölçüdə ayrı dayanan soyuducu dondurucu
Ayrı dayanan soyuducunun quraşdırılması soyuducunun elektrik enerjisinə qoşulması və ya ərzaq məhsullarının qablaşdırılması qədər asandır. Tam hazırlanmış qapılar və yan tərəflər sayəsində cihaz istənilən boş yerə quraşdırılmağa hazırdır. Rəng və material çeşidlərimizdən digər məişət texnikalarınıza uyğun seçim edin və ya böyük soyuducu dondurucumuzdan istifadə edin.

Fransız qapı modelləri.
Yemək və içki ehtiyatlarınızı daha çox qapı arxasında genişləndirin. Yuxarıdakı qoşa tutacaqların çəkilməsi sizə geniş soyuducuya daxil olmaq imkanı verir, aşağıdakı tək böyük çəkməcə və ya ikiqat qapı isə dondurucunu bağlayır. Xoş nisbətləri və ölçüsü sayəsində belə çoxqapılı böyük Amerika soyuducu-dondurucu müəyyən təəssürat yaradır.

Yan-yana soyuducu dondurucular.
Yan-yana modelin imzası olan qoşa qapılar qiymətləndirici baxışa layiqdir. Bir tərəfdə soyuducu və digər tərəfdə dondurucu olan bu zərif dizayn həm üslubu, həm də soyuducunun tutumunu artırır. Üstəlik, bir çox seçim su dispenser də daxil olmaqla yüksək keyfiyyətli xüsusiyyətlərə malikdir.

Quraşdırılmış XL soyuducu dondurucular.
Quraşdırılmış soyuducu dondurucunuzun litr tutumunu artıra bilməməyiniz üçün heç bir səbəb yoxdur. XL hündür soyuducumuz adi 56 sm genişlikdə yuvaya sığsa da, standart ölçüdən (193,5 sm) bir baş hündürdür. Bu o deməkdir ki, siz şkaflarınızın təmiz xətlərindən həzz alırsınız, eyni zamanda məhsullarınızı yüksək səviyyədə qablaşdırırsınız.

XXL donduruculu quraşdırılmış soyuducular.
Quraşdırılmış XXL modelimiz inteqrasiya olunmuş soyutmada yeni üfüqlər yaradır. Bu hündür soyuducu-dondurucu XL həm hündürlüyünə görə həmkarına uyğun gəlir, həm də standart modellərdən daha genişdir. Başqa sözlə, parlaq mətbəx şkafınız özündə çoxlu təzə və dondurulmuş qida və içkiləri gizlədir.

