Home Connect ilə ağıllı evinizin bütün imkanlarını açın və gündəlik işlərinizi sadələşdirin. Harada olursunuzsa olun, Bosch məişət cihazlarının hamısını Home Connect tətbiqi ilə uzaq məsafədən izləyin və idarə edin. Sadəcə tətbiqi yükləyin və bu gündən yeni ağıllı ev səyahətinizə başlayın.
Şam yeməyi – hazırdır!
Home Connect ilə ev cihazlarınızı öz istədiyiniz kimi idarə edə bilərsiniz. Qabyuyan maşının işini izləməkdən tutmuş, hələ mağazada olarkən sobanı öncədən qızdırmağa qədər hər şeyi rahatlıqla edə bilərsiniz. Hətta səsli köməkçinizi şəxsi baristanıza çevirə bilərsiniz – sadəcə deyin: “Alexa, qəhvə maşınıma de ki, mənim sevdiyim qəhvəni hazırlasın” və qalanını Bosch qəhvə maşınınız edəcək. Növbəti sifariş hazırdır!
Qoşulu ekosistem
İstər səs köməkçilərini bişirmə rutininizə daxil etmək, istər enerji idarəçiliyini daha ağıllı şəkildə aparmaq istəyin — Home Connect-in genişlənən qoşulu xidmət ekosistemi sizə daha çox azadlıq və tam idarəetmə imkanı təqdim edir.
Bosch Home Connect ilə ağıllı effektə nail olun.
Bəs ağıllı funksiya nədir? Bu, hər yeməyi xüsusi hala çevirən gizli inqrediyentdir. Çünki Bosch Home Connect tətbiqinin köməyi ilə ağıllı elektrik sobası sizə hər addımda əlavə funksiyalar və bələdçilik təqdim edir: reseptlərdən başlayaraq yeməklərin hazırlanmasına, temperatur tənzimləmələrinə və bişirmə prosesinin izlənməsinə qədər. Şəxsi aşpaz tutmasanız belə, paslanmayan poladdan ikili soba – və ya yer məhduddursa tək model – mükəmməl nəticələr əldə etməyin ən asan yoludur.
Ən gözəli isə odur ki, ağıllı sobanız şirəli qızartmalar bişirməkdə nə qədər yaxşıdırsa, özünü təmizləməkdə də bir o qədər bacarıqlıdır. İkiqat və ya tək soba modellərimizin bir çoxunda çirkləri və sıçramaları yandıraraq yox edən pirolitik özünü təmizləmə funksiyası mövcuddur. Bu funksiya yoxdursa, xüsusi EcoClean örtüyü bişirmə zamanı yağları parçalayır. Hər iki halda, ləkə və çirklərlə mübarizəni demək olar ki, zəhmətsiz edən sobanı tez bir zamanda sevməyə başlayacaqsınız..
Ağıllı soba wifi ilə bütün cavablar əlinizin altında.
Uşaqlıqdan yadınızda qalan yeməyi yenidən hazırlamaq üçün bir az köməyə ehtiyacınız var? Yoxsa gril, air fry funksiyası və ya pizza rejimindən necə istifadə edəcəyinizə əmin deyilsiniz? Sadəcə Oven Assistant-a müraciət edin. O, sobanızın bişirmə bacarığını avtomatik proqramlardan da üstün səviyyəyə qaldırır. Hazırladığınız yemək haqqında bir neçə məlumat paylaşın, o isə sizə uyğun temperaturu, soba funksiyalarını və bişirmə vaxtını tövsiyə edib hər şeyi birbaşa Bosch ağıllı sobanıza göndərəcək. Və əgər qoşulmuş cihazlarınızda səsli idarəetmə üçün Alexa funksiyasını aktiv etmisinizsə, əlləriniz dolu və ya yeməkdən kirlidirsə belə, Oven Assistant-dan səsli komandalarla yardım ala bilərsiniz. Bax buna həqiqətən ağıllı wifi soba demək olar.
Ağıllı sobalar ideyalarla zəngindir.
Ağıllı soba ilham mənbəyidir. Bosch Home Connect tətbiqində mövcud olan ləzzətli mövsümi reseptlər və bişirmə texnikaları sayəsində “axşam nə bişirəcəyəm?” sualına cavab tapmaq çox asandır. Siz isə inqrediyentləri almağa gedərkən, wifi sobanızı uzaqdan qızdırmağa başlada və ya uşaq kilidinin aktiv olduğunu, hər şeyin təhlükəsiz qaldığını yoxlaya bilərsiniz. Əgər hazırladığınız yemək dərhal hamının zövqünü oxşayırsa, resepti favoritlərə əlavə edin ki, sonra asanlıqla tapa biləsiniz.
Dad üçün dəqiq zamanlama.
PerfectBake Plus və PerfectRoast Plus sensorları olan ağıllı sobanız iri ət parçalarının və kekslərin saniyəsinə qədər düzgün bişməsini təmin edir ki, hamı ikinci payı istəsin. Modelinizdə air fry funksiyası varsa, çörəkli toyuq, kartof və digər yeməklərin nə vaxt ideal dərəcədə xırtıldayan olduğunu dəqiq biləcəksiniz. Bosch Home Connect tətbiqində bişirmə prosesinə nəzarət etmək asandır və ağıllı sobanız yemək hazır olan kimi sizə bildiriş göndərəcək.
Daha çox yemək, daha az enerji sərfi.
Ağıllı sobanın sensor texnologiyası yalnız yeməyin daxili temperaturunu və nəmliyini izləmir, həm də cihazın effektiv işləməsinə kömək edir. Bosch Home Connect sobanızı bişirmə prosesi bitən kimi avtomatik sönməyə təyin edin ki, taymeri qaçırsanız belə, həm elektrik enerjisinə, həm də bişən yeməyə qənaət etmiş olasınız.
Bosch Home Connect ilə ağıllı sobalar.
Tərəfdaşlarla qoşulun və onu özünüzə uyğunlaşdırın.
Bosch Home Connect tərəfdaşlarımız ağıllı mətbəx təcrübənizə daha çox rahatlıq, idarəetmə imkanı və komfort qatır. Səsli köməkçilərdən tutmuş ağıllı enerji idarəetmə həllərinə və IFTTT™ avtomatlaşdırmalarına qədər istənilən funksiyanı inteqrasiya edə bilərsiniz. Seçim sizindir. Gəlin, xəyallarınızı sərbəst buraxın və gündəlik həyatınızı sadələşdirmək üçün yeni rutinlər yaradın.
Home Connect ilə bağlı Tez-tez Verilən Suallar.
Home Connect tətbiqini yükləyin və hesab yaradın.
Tətbiq tamamilə pulsuzdur və iOS App Store və ya Google Play Store-dan yüklənə bilər. .
Cihazınızı Home Connect vasitəsilə Wi-Fi şəbəkəsinə qoşmaq üçün verilmiş QR kodu skan edə bilərsiniz. QR kodu sizə təqdim olunan “Sürətli Başlanğıc Bələdçisi”ndə (Quick Start Guide) yerləşir. Əgər bu sənəd sizdə yoxdursa, sadəcə “Məndə çap olunmuş bələdçi yoxdur” düyməsini seçin və E-nömrənizi daxil edin. Alternativ olaraq, cihazınıza uyğun QR kodunu tapmaq üçün Home Connect vebsaytındakı Qoşulma Bələdçisindən (Connection Guide) istifadə edə bilərsiniz.
Mobil cihazınızın Home Connect cihazını qoşduğunuz eyni Wi-Fi şəbəkəsinə bağlı olduğundan əmin olun. Əgər söhbət məhz aspirator (hood) və ocaqdan (hob) gedirsə, hər ikisinin Home Connect hesabınıza qoşulduğunu yoxlayın. Router ikili (dual band) şəbəkə dəstəkləyirsə, hər iki şəbəkənin adının fərqli olmasına diqqət edin. Wi-Fi genişləndirici (extender) istifadə edirsinizsə, onun adının da routerdən fərqli olduğuna və qoşulmanı extender üzərindən etdiyinizə əmin olun.
Əgər Home Connect tətbiqi vasitəsilə cihazınıza səhv Wi-Fi parolu və ya məlumat göndərilibsə, cihaz şəbəkəyə qoşula bilməyəcək. Bunun üçün cihazınızda həmin şəbəkəni “unut” edib (forget) yenidən qoşulun və parolun düzgünlüyünü yoxlayın.
Əgər təlimata çıxışınız yoxdursa, onu onlayn şəkildə buradan tapa bilərsiniz. .
Əlavə olaraq, cihazınızın E-nömrəsini (E-Number) bilirsinizsə, qoşulma prosesi zamanı “Məndə çap olunmuş bələdçi yoxdur” düyməsini seçərək bu nömrəni daxil edə və təlimatları birbaşa tətbiqdən əldə edə bilərsiniz.
Cihazınızla birlikdə verilmiş Home Connect quraşdırma təlimatına uyğun hərəkət edin. Hər bir cihaz üçün addımlar fərqlidir. Bu addımları qoşulma zamanı Home Connect tətbiqində də görə bilərsiniz.
Cihazların bəziləri avtomatik olaraq internet bağlantısı olan şəbəkə axtarır. Qoşulma (pairing) zamanı mobil cihazınız məlumatları ötürmək üçün məişət cihazının yaratdığı Wi-Fi şəbəkəsinə bağlanır. Həmin şəbəkənin internetə çıxışı olmadığı üçün telefon avtomatik olaraq internetli başqa bir şəbəkəyə keçir və qoşulma prosesi yarımçıq qalır. Bunun qarşısını almaq üçün təyyarə rejimini (Airplane/Flight mode) aktiv edin, sonra Wi-Fi-ni yenidən qoşun və marşrutlaşdırıcınızın (router) Wi-Fi şəbəkəsinə qoşulduğunuza əmin olun. Bu halda qoşulma prosesi fasiləsiz davam edəcək..
Evinizdə olan başqa bir cihazla internetə daxil ola bildiyinizə əmin olun. İnternet bağlantısını yoxlamaq üçün mobil internetdən istifadə etməyin. Məişət cihazının quraşdırıldığı yerdə şəbəkə siqnalının güclü olduğuna diqqət yetirin.
Routeri (həmçinin mövcuddursa, Wi-Fi gücləndirici və ya repeaterləri) elektrik şəbəkəsindən ayırın və bütün göstərici işıqların söndüyünə əmin olun. 30 saniyə gözlədikdən sonra routeri yenidən elektrikə qoşun. Router tam işə düşdükdən sonra bağlantını başqa bir mobil cihazla yoxlayın. Daha ətraflı məlumat üçün routerinizin istifadəçi təlimatına baxa bilərsiniz.
Home Connect tətbiqini silin, daha sonra ən son versiyasını yenidən yükləyib quraşdırın. Bu addımdan sonra mobil cihazınızı yenidən başladın və qoşulma (pairing) prosesinə yenidən başlayın.
Cihazınızı ilkin (factory) parametrlərinə qaytarmalısınız. Təlimat kitabçasında məişət cihazının sıfırlanması ilə bağlı göstərişləri tapa bilərsiniz.
Home Connect sistemi bazarda mövcud olan bütün standart Wi-Fi routerlərlə işləyir, yetər ki, onların yaşı təxminən beş ildən çox olmasın. Təhlükəsizlik baxımından Wi-Fi şəbəkəsinin mütləq şifrələnmiş olması tələb olunur (WPA və ya WPA2). Əgər şəbəkəniz şifrəsizdirsə, cihazınızı qeydiyyatdan keçirmək mümkün olmayacaq.
Bu kodun nə demək olduğunu və problemin necə aradan qaldırılacağını Home Connect saytında ətraflı şəkildə tapa bilərsiniz. Bütün xəta kodlarına baxın.
Dəyərli məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün Home Connect yalnız şifrələnmiş Wi-Fi şəbəkələri (WPA və ya WPA2) ilə işləyir. Beləliklə, Home Connect istifadəçi üçün mümkün qədər təhlükəsizdir. Buna həmçinin peşəkar hakerlərə qarşı qorunmaq üçün müntəzəm sistem yoxlamaları da daxildir.
Home Connect tətbiqi iOS və Android üçün mövcuddur.
Bosch veb saytında məhsullara baxarkən filtr seçimlərindən “Smart Appliance” seçin və sizə Home Connect ilə uyğun cihazlar göstəriləcək.
Həmçinin hər hansı konkret cihazın məhsul səhifəsində Home Connect qeydinin olub-olmadığını yoxlaya bilərsiniz. Eyni zamanda, cihazınızın təlimat kitabçasına baxaraq onun Home Connect funksiyasına malik olub-olmadığını müəyyən edə bilərsiniz.