Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Serie 8 Bişirmə

Sizin üçün mükəmməl bir menyu yaratdıq.

With our new intuitive control ring you can set your Series 8 appliances easily and comfortably with just one fingertip. Furthermore, the user-friendly TFT display guides you intuitively through all the menu items. This gives you full control over your dishes at all times and everything succeeds with ease. Control Ring xüsusiyyəti ilə Serie 8 sobalarda bir tək düyməyə toxunmaqla hər şeyi rahatlıqla sazlaya bilərsiniz. Bununla yanaşı, rahat istifadəli TFT ekran, bütün menyular haqqında intuitiv şəkildə sizə kömək edir. Bunun sayəsində bişirmə haqqında bütün lazımi məlumatlar gözünüzün önündə olur.

Bocuse soba ilə birlikdə yanınızdadır.

Yeni Serie 8 sobaları hətta ən çətin yeməklər üçün lazımi tənzimləməni avtomatik olaraq həyata keçirdir. Bunu, çox sayıda lazımi sensorlar tərəfindən ilə idarə olunan funksiyalar vasitəsi ilə edir. Siz sadəcə idarəetmə menyusundan bişirmək istədiyiniz yeməyi seçin, sobanız ideal bişirmə şəklini, temperaturunu və bişirmə müddətini avtomatik olaraq təyin etsin. Serie 8 sobalar sizə peşəkar şef kimi mükəmməl nəticənin təminatını verir. Çox sadə üsulla mükəmməl nəticə.

Əvəzsiz ləzzət və vitaminlər üçün buxarın xəfif toxunuşu.

Serie 8 buxarlı sobalar kimi daha ləzzətli yemək hazırlamaq demək olar ki başqa heç bir şəkildə mümkün deyil. Buxarla bişirmə zamanı ərzaqların vitaminləri və mineralları qorunur, təbii ətirləri itmir. Tərəvəzlər xırçıldayan və dadlı qalır, balıq və quşçuluq məhsulları yumşaq və şirəli olur. Bundan başqa buxarda bişən yeməklərə yağ və ya piy əlavə etməyə ehtiyac olmur.

Serie 8 buxarlı sobalar

Bəzi yeməkləri gözlətmək olmaz.

Bəzən yeməkləri sürətli bir şəkildə süfrəyə vermək mümkün olmur. Yeni Serie 8 mikrodalğalı sobalarımız körpə yeməyini, əvvəlcədən bişirilmiş yeməkləri və dondurulmuş qidaları çox sürətli, gigiyeni və ləzzətli bir şəkildə isitmənizə kömək edir. Bu, sizə və sevdiklərinizə yeməkdən zövq almaq üçün daha çox zaman verir.

Bəzən ən yaxşı fikirlərimiz bir siyirtmə vasitəsi ilə nəticəyə çatır.

Yeni isti tutma siyirtmələrimiz yeməklərinizi və qablarınızı isti tutmaqdan daha çox işə yarayır. Onlar yavaş bişən yeməkləri bişirmək, donmuş ərzaqların buzunu açmaq, şokolad əritmək, meyvə qurutmaq və xəmir mayalandırmaq üçün idealdır. Daha çox həcm üçün isti saxlama siyirtmələri bişirmə qabları üçün əlavə həcm təklif edir.

Artıq ən çox sevdiyiniz kafe 24/7 açıqdır.

Serie 8 quraşdırılan avtomatik qəhvə maşınları vasitəsi ilə özünüzü və qonaqlarınızı bir düyməyə toxunmaqla ən yaxşı espresso, cappuccino və ya latte macchiato ilə sevindirə bilərsiniz. Bosch Barista texnologiyamız, ən çox sevdiyiniz kafedə olduğu kimi hər fincan qəhvənin dadından ləzzət almağınızı təmin edir.

Heç kim sizin üçün belə bir şəkildə yemək bişirməyib.

Klassik paslanmayan poladla yanaşı, biz Serie 8 cihazlarımızla ColorGlass modellərinin arktik ağ, vulkanik qara kombinasiyalarını təqdim edirik. Çox keyfiyyətli şüşə və metalın əla kombinasiyası sayəsində onlar hər hansı bir mətbəxə asanlıqla inteqrasiya edilə bilər. Bununla yanaşı onların təmizləmələri də həddindən artıq asandır. Həmişə xəyalını qurduğunuz mətbəx üçün ən düzgün seçimdir.

Hər mətbəxə və hər ehtiyaca uyğun həllər.

Həssas işçilik və detaylı dizaynı ilə bütün Serie 8 cihazlar mükəmməl bir şəkildə bir-birinə uyğunlaşdırılıb. Yəni istəyir üst-üstə, istəyir yan yana düzülsün, vizual harmoniya və uyğunluq ən yüksək səviyyədədir. Bu da sizə mətbəxinizi mükəmməl bir şəkildə planlamaq üçün maksimum azadlıq verir.

Bizim xidmət

Mükəmməl xidmət - satın almadan əvvəl və sonra.

Bakı | Azərbaycan
YURD SERVICE MMC
Bakixanovküç.,75-79
+994124413301
+994504173434
+994554173434
info-service@yurd.az

Bakı | Azərbaycan
BAKU SERVICE COMPANY MMC.
1-ci filial Nərimanor r-nuƏhməd Rəcəbli küç. 1, bina 50C
2-ci filial Xətai r-nuM.
Hadi küç.41 Y.
012991
info@bakuservice.az

+49 89 4590-3641

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.

Satıcı tapın

Sizə yaxın dilerlər və ya xidmət mağazaları tapın!