Bizim buxarlı sobalarımız: Bir cihaz, üç fərqli bişirmə metodu.
Buxarda bişirmək, sobada bişirmək və ya ikisinin birləşməsi: zərif buxar və əlavə qaynar hava ilə sizin hər cürə seçiminiz vardır. DishAssist ilə saysız qablar üçün istilik, temperatur və zamanın optimal növü artıq öncədən tənzimlənmişdir. Hətta yemək bişirən və yeyən zaman siz zövq almağa davam edə bilərsiniz: EcoClean Direct və çirki avtomatik hopduran xüsusi örtük sayəsində demək olar ki, təmizliyə ehtiyac olmayacaq.
Bizim buxar sobalarımız: Sizə lazım olan bütün dad və vitaminləri saxlayır.
Bizim buxar sobalarımız əsas məqamı, yəni, dadı üstün tutur. Zərif buxar əlavə yağa ehtiyac olmadan dadların tam açılmasına kömək edir. Əvvəldən qurulmuş avtomatik proqramlar sayəsində siz 17-yə qədər yeməyi mükəmməl bişirə bilərsiniz. Və bütün Bosch buxar cihazlarının öz su çəni olduğundan əlavə su bağlantısına ehtiyac da yoxdur. Bosch ilə azlıq əslində kifayətdir.
Mükəmməl dad üçün super texnologiya.
Bizim mətbəx avadanlıqlarımızın sizə mümkün qədər uzun müddət xidmət göstərməsi üçün biz yalnız ən yaxşı materiallardan istifadə etmişik. Bizim buxar sobalarımızın və plitələrimizin daxili yüksək keyfiyyətli poladdan hazırlanmışdır və paslanmamasına zəmanət verilir. Su çəni asanlıqla çıxarıla və doldurula bilər. Avtomatik ərpçıxarma proqramı isə sizə zəmanət verir ki, siz heç zaman ərplə mübarizəyə vaxt sərf etməyəcəksiniz.