Buxar cihazları
Buxar sobası yeməyi su buxarında bişirir. Beləliklə sizin yeməyiniz zərif şəkildə bişir və bütün dadları, vitaminləri və mineralları saxlanır. Bosch buxar sobalarının öz su konteynerləri olduğu üçün siz ayrıca su mənbəyini qoşmalı olmursunuz. Buxar cihazı ilə siz yeməyinizi zərif şəkildə bişirə və bütün dad, vitamin və minerallarını saxlaya bilərsiniz.
Buxar plitələri
Buxar plitələri yeməyi sobada və ya buxarda bişirmək imkanı verən avadanlıqdır. Və ya hər ikisindən eyni anda istifadə etmək mümkündür. Onsar əlavə qaynar hava təchizatı ilə yumşaq su buxarından istifadə edir.
Buxar cihazları və ya plitələri 550 mm dərinliyi olan yüksək şkaflar və ya 300 mm dərinliyi olan hündür səthlərdə quraşdırıla bilər. Hündür şkaflarda quraşdırıldıqda 45 sm hündürlüyü olan cihaz lazımdır (38 litr həcmli). Buxar cihazını hündür səthlərdə quraşdırmaq istədiyinizdə 38 sm hündürlüyü olanı seçin (22 litr həcmli).
Buxar plitələri Paslanmayan Polad, Qütb ağı və Vulkan qarası rənglərində mövcuddur.
Buxar cihazları və plitələri hər zaman soba və ya başqa cihazların altında deyil, üstündə və yanında quraşdırılmalıdır. Beləliklə buxar cihaz açıldıqda asanlıqla yuxarı çıxarıla bilər.
Qarnir və ya ana yeməklər ətirləri qarışdırmadan eyni cihazda bişirilə bilər.
45 sm hündürlükdə quraşdırılan buxar plitə və sobaları 14 sm isitmə siyirtməsi ilə uyğunlaşdırıla bilər. Bu birləşmənin 60 sm plitə ilə eyni dərinliyi vardır.
Mikrodalğalı soba donmuş yeməkləri çox tez əridir. Buxar cihazı isə yeməklərin əridilməsi zamanı bütün vitamin və dadlarını saxlayır və bu, təbii ki, daha sağlamdır.
Mükəmməl nəticələr, təkmilləşdirilmiş dizayn. Xəyal etdiyiniz mətbəx üçün Bosch daxildə qurulan cihazları.
Mətbəxinizi həqiqətən xəyal etdiyiniz mətbəxə çevirmək istəyirsinizsə, biz yalnız yemək və şirniyyat bişirmək üçün quraşdırma cihazlar təklif etmirik, eyni zamanda quraşdırılan qabyuyan maşın, eləcə də soyuducu və dondurucular təklif edirik. Bizim məişət texnikamız vaxta tabe olmayan, rahat dizaynı mükəmməl texnoloji keyfiyyət və maksimal səmərəlilik, davamlılıq və rahatlıqla birləşdirir.