Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Aspiratorlar

Mətbəxinizdə təravətli bir külək.

Yemək bişirən zaman yalnız istədiyiniz ətirləri duymanızdan əmin olmaq üçün biz xüsusilə güclü aspirator çeşidlərini hazırlamışıq. Bundan əlavə izolyasiya və zəif səsli çəkmə onu siz və qonaqlarınız demək olar ki, eşitməyəcəyi cihaza çevirir.

Domino havalandırma modulları: müasir yemək bişirmə aspiratorlarına üstünlük verən aşbazlar üçün.

Domino ventilyasiya modulu: Yeni Bosch havalandırma modulu birbaşa sevimli Bosch bişirmə panelinizə birləşdirilmişdir. Buxar və qoxular indi birbaşa mənbələrində xaric ediləcək və ətrafa yayılmayacaqdır. Yeni domino havalandırma modulu ilə siz yeni mətbəxinizi dizayn edən zaman sərbəstlik və rahatlığın tam yeni səviyyəsini kəşf edəcəksiniz. Mətbəxinizin böyük, kiçik, açıq və ya bağlı konseptli olmasından; pilətənin şkafın, meyilli tavanın, divarın və ya pəncərənin altında yerləşdirilməsindən asılı olmayaraq, Bosch sizi həmişə sevəcəyiniz pilətə və havalandırma modulu birləşməsi ilə təmin edəcək.

Mətbəx dəzgahında havalandırma modulları üçün

Bizim divara bərkidilmiş aspiratorlarımız: Güclü performans, müasir dizayn.

Divarda quraşdırılmış aspiratorlar adətən mətbəx dəzgahının üzərində, divarda şkafların arasında bərkidilir. Bu növ aspiratorlar mətbəxinizin dizaynına çox gözəl uyğunlaşır və eyni zamanda keyfiyyətli havalandırma sistemi ilə sizin onu demək olar ki, görməməyinizi, lakin effektini əla hiss etmənizi təmin edir.

Divara bərkidilmiş aspiratorlar üçün

Bizim adaşəkilli aspiratorlarımız: müasir sənət əsərini mətbəxinizdə asın.

Bizim adaşəkilli aspiratorlarımız xüsusilə mətbəxinizdəki adaşəkilli hissədə və yuxarıda tavandan sərbəst şəkildə asılıdır. Klassik dizayn və fərqli ölçülərin geniş seçimi sayəsində adaşəkilli aspiratorlar hər bir mətbəx və hər tələb üçün ideal seçimdir.

Adaşəkilli aspiratorları üçün

Teleskopik aspiratorlarımız demək olar ki, gözə görünməz həlldir.

Teleskopik aspiratorları divarda quraşdırılmışdır. Onları işlətmək üçün hamar hissəsi kənara dartılaraq sorma səthi genişləndirilmişdir. Bu növ bir çox aspiratorlar ilə hamar ön hissə mətbəx mebelinizə uyğunlaşdırıla da bilər. Odur ki, bu aspirator mətbəxinizdə demək olar ki, seçilməyəcək.

Teleksopik aspiratorlar üçün

Birləşdirilmiş aspiratorlar: siz yalnız istədiyiniz zaman onları görəcəksiniz.

Birləşdirilmiş aspiratorlar künc hissədən önə dartılmalıdır və bu səbəbdən yalnız istifadə zamanı görünür. Bu növ aspiratorlar yalnız istifadə zamanı gözə görünür və mətbəx mebelinizə hiss olunmadan uyğunlaşdırılır.

Birləşdirilmiş aspiratorlar üçün

Bizim aşağıda quraşdırılan aspiratorlarımız: Hər mətbəx dizaynına asan uyğunlaşdırılır.

Aşağıda quraşdırılan aspiratorlar hər bir mətbəx dizaynına mükəmməl uyğunlaşdırıla bilər. Odur ki, polad, qara və ya ağ rənglərə üstünlük verməyinizdən asılı olmayaraq, o, hər zaman mükəmməl uyğunlaşır.

Aşağıda quraşdırlmış aspiratorlar üçün

Bizim dolab aspiratorlarımız: Kifayət qədər quraşdırma variasiyaları, unikal göstəricilər.

Dolab aspiratorları mətbəx mebelinizə və ya taxta və ya metaldan olan bacanıza tam birləşdirilir. Beləliklə onlar mətbəxdə maksimal sərbəstlik imkanı təklif edir.

Dolab aspiratorları üçün

Bizim tavandan asılan aspiratorlarımız: başınız üstündə kifayət qədər yer və ətrafınızda təmiz havanı təmin edir.

Tavandan asılan aspiratorlar birbaşa yükə tab gətirən mətbəx tavanına bərkidilir. O, təmiz havanı təmin etməklə yanaşı pilətənizi mükəmməl şəkildə işıqlandırır və başınız üstündə kifayət qədər yer qalmasını təmin edir.

Tavandan asılan aspiratorlar üçün

Buyurun, bizi perfeksionist adlandırmaqdan utanmayın. Biz bunun üçün kifayət qədər zəhmət çəkmişik.

Soba çətirlərimizin həqiqətən paslanmaz olmasını təmin etmək üçün biz onları 24 saat ərzində duzlu su ilə çiləyirik. Bundan sonra pas yaranmazsa, bu zaman biz onları dodekanoik turşu ilə tüstü yarananadək qızdırırıq. Qalın tüstü qıza zamanda yox olub, təmiz, saf hava ilə əvəzləndikdə aspirator həqiqətən Bosch keyfiyyət standartları sınağından çıxmış hesab edilir və siz onların təhlükəsizliyindən əmin olaraq evinizdə istifadə edə bilərsiniz.

Bizim xidmət

Mükəmməl xidmət - satın almadan əvvəl və sonra.

Bakı | Azərbaycan
YURD SERVICE MMC
Bakixanovküç.,75-79
+994124413301
+994504173434
+994554173434
info-service@yurd.az

Bakı | Azərbaycan
BAKU SERVICE COMPANY MMC.
1-ci filial Nərimanor r-nuƏhməd Rəcəbli küç. 1, bina 50C
2-ci filial Xətai r-nuM.
Hadi küç.41 Y.
012991
info@bakuservice.az

+49 89 4590-3641

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.

Satıcı tapın

Sizə yaxın dilerlər və ya xidmət mağazaları tapın!