Bizim daxildə qurulmuş soyuducularımız: hər detal mükəmməl yerləşdirilmişdir.
Bir nəfər və ya böyük ailə olmasından asılı olmayaraq, dondurucusu olmayan daxildə qurulmuş soyuducu çeşidlərimiz hər mətbəxdə tam yerində görünür. Dondurucusu olan rəqiblərindən 30% daha az enerji sərf edən soyuducular artıq ayrıca dondurucusu olan insanlar üçün idealdır.
Bizim yanyana dondurucu-soyuducularımız: mükəmməl təravətlilik üçün yanyana.
Bizim yanyana dondurucu-soyuducularımız bütün ehtiyaclarınıza cavab verir. Onlar dizaynı korlamadan çox miqdarda ərzaqları saxlamaq istəyən ailələr üçün idealdır. Yanyana yerləşdirilmiş soyuducu və dondurucu ərzaqlarınızın tam təravətli qalmasından əlavə çox sayda funksiyalar təklif edir. Onlar eyni zamanda içəridə olanları aydın göstərir və kifayət qədər yeri təmin edir. Əgər çox sayda acmış dostlarınızı və qohumlarınızı yeməyə dəvət etmək istəsəniz, ən böyük ölçülü soyuducularımızı seçin.
Alış-veriş özü kifayət qədər çətin olduğu üçün ərzaqların soyuducuya yığılması həqiqətən asanlaşdırılıb.
Bosch ilə soyuducunu səliqəli saxlamaq asandır. Siz bütün ərzaqlarınızı görə və tam geniş teleskopik relslər sayəsində ərzaqları asan yerləşdirə və çıxara bilərsiniz. Dartılan şüşə rəflər və ayrılan rəf aralıqları ilə siz istənilən zaman istənilən ərzağı çıxara bilərsiniz. Şüşə rəfləri şüşə və bankaların təhlükəsiz saxlanması və soyuducu qapısında əlavə yer açılmasına imkan verir. Odur ki, işdən sonra soyuducudan içki çıxarmaq onu içmək qədər zövqlüdür.