Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Soyuducu və dondurucular

Hansı soyuducu sizin üçün uyğundur?

Mükəmməl soyuducu tapmaq çətin bir iş ola bilər. İnteraktiv məhsul bələdçimizlə doğru qərar verməyinizə kömək etmək istəyirik. Yalnız bir neçə sadə addımda nələri nəzərdən keçirəcəyinizi və ehtiyaclarınıza və tələblərinizə uyğun mükəmməl soyuducu tapmaqda kömək edəcəyinizi göstərəcəyik.

Başlayın

Yaxşı soyuducuda kifayət qədər təzə ərzaq və ən müasir Bosch texnologiyası olmalıdır.

Sağlam qidalanma ərzaqları alınması ilə başlayır və onların hazırlanması ilə sonlanır. Arada qalan isə ərzaqların dəyərli vitamin və bəsləyici maddələrini saxlamaq vacibliyi olur. Bizim VitaFresh texnologiyamız meyvə və tərəvəzləri üç dəfə daha uzun müddət təravətli saxlayır. Bu, daha az tullantı çıxarmaqla ətraf mühitə xeyir verir.

Siz təzə ərzaqları yaxşı ətrindən tanıya bilərsiniz. Və ya düzgün soyuducuda olduğundan tanımaq olmur.

Bosch soyuducu-dondurucuları gündəlik həyatı dadlandırmaqla yanaşı, həm də asanlaşdırır: Rəflərin düzgün təşkil edilməsi, geniş qutular və ayırıcılar o deməkdir ki, yeməyin harada olduğunu hər zaman dəqiq biləcəksiniz. Bundan əlavə sini və rəflər teleskopik relslərlə rahatca sizə doğru çəkilir və ərzaların yerləşdirilib çıxarılmasını uşaq oyunu kimi asan edir. Və mükəmməl işıqlanması sayəsində, siz ərzaqlarınızın hamısını yaxşı görəcəksiniz.

Soyuducu-dondurucular üçün

Ən son soyutma texnologiyası ilə soyuducular: mətbəxiniz üçün təzə üslub.

Soyuq yemək barədə düşünürsünüz? Bu zaman dadlı salat, təzə meyvə və soyuq içkiləri düşünün. Çünki biz ərzaqların təravətli saxlanması və asan yerləşdirilib çıxarılması üçün enerjiyə qənaət, rahat interyer və innovativ sistemlərə kifayət qədər yer ayırmışıq.

Soyuducular üçün

Bosch NoFrost dondurucuları ilə siz avadanlığın bir daha donunu açmalı olmayacaqsınız.

NoFrost texnologiyası sayəsində dondurucunu bir daha donunu açmalı olmayacaqsınız: ağıllı hava dövriyyə sistemi havadakı rütubəti dondurucudan buxarlanma qabına çıxarır və bu da buzun yaranmasının qarşısını alır. Odur ki, innovator NoFrost texnologiyası vaxt və əməyiniz qənaət edir.

Dondurucular üçün

Bizim yanyana dondurucu-soyuducularımız: göstərici və təravətlilik üçün keyfiyyətin iki qatı.

Bizim yüksək keyfiyyətli dizaynı olan yanyana soyuducu-dondurucularımızda sizə lazım olan hər bir xüsusiyyət, eləcə də ərzaqların təravətli saxlanması üçün kifayət qədər yer vardır. Yanyana yerləşdirilmiş soyuducu və dondurucu ərzaqlarınızın tam təravətli qalmasından əlavə çox sayda funksiyalar təklif edir. Onlar eyni zamanda içəridə olanları aydın göstərir və kifayət qədər yeri təmin edir. Əgər çox sayda acmış dostlarınızı və qohumlarınızı yeməyə dəvət etmək istəsəniz, ən böyük ölçülü soyuducularımızı seçin.

Yanyana dondurucu-soyuducular üçün

Bizim şərab şkaflarımız şərab zirzəmisi kimi tam düzgün temperaturu saxlayır.

Hər bir şərab düzgün şəraitdə və temperaturda saxlanmalıdır. Bosch şərab soyuducuları şərablarınızın tam dadını saxlamaq üçün onları fərdi şəkildə tənzimlənən yerlərdə saxlamaq imkanı verir. Bundan əlavə bizim şərab soyuducularımız şərab zirzəmisinə bənzər mükəmməl saxlama şəraiti təmin edir.

Şərab soyuducuları üçün

Ən gözəl ideyalarımız və ərzaqlarınız üçün kifayət qədər əlavə yerlə dolu.

Soyuducu və dondurucularımızın daxili interyeri aydın görünüş və asan yerləşdirmə və çıxarmanı təmin edir. Məsələn, həcmi tortlar üçün daha çox hündürlüyə ehtiyacınız olarsa, rahat dəyişdirilə bilən rəflərimiz lazım olan yeri yaratmağa imkan verir. Bölünən şüşə rəf bir az geri itələnə və ya tamamilə çıxarıla bilər. Rəfləri açmaq və çıxarmaq çox asandır ki, bu da ərzaqları asan və tez yerləşdirməyə imkan verir. Hətta arxada qalan mürəbbə bankasını da görmək asan olacaq.

İnteraktiv məhsul bələdçisi

İhtiyaçlarınız üçün ən uyğun məhsulu müəyyənləşdirmək və sizin üçün ən uyğun məhsulu tapmaq üçün bir neçə suala cavab verin.

İndi cəhd edin

Bizim xidmət

Mükəmməl xidmət - satın almadan əvvəl və sonra.

Bakı | Azərbaycan
YURD SERVICE MMC
Bakixanovküç.,75-79
+994124413301
+994504173434
+994554173434
info-service@yurd.az

Bakı | Azərbaycan
BAKU SERVICE COMPANY MMC.
1-ci filial Nərimanor r-nuƏhməd Rəcəbli küç. 1, bina 50C
2-ci filial Xətai r-nuM.
Hadi küç.41 Y.
012991
info@bakuservice.az

+49 89 4590-3641

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.

Satıcı tapın

Sizə yaxın dilerlər və ya xidmət mağazaları tapın!