Geniş 10/6 kq VarioDrum barabanı.
Bizim geniş barabanlarımız su və yuyucu tozun bərabər paylanmasına və yuma zamanı səmərəli istifadə edilməsinə imkan verir. Yeni 70 litrlik VarioDrum barabanı sayəsində siz 10 kiloqrama qədər paltarları eyni anda yuya bilərsiniz. Alternativ olaraq, siz 6 kiloqrama qədər paltarı və ya 30 köynəyi eyni zamanda yuya və quruda bilərsiniz. Lakin kənardan baxdıqda bu, həddən çox paltardır!
AutoDry. Hər parçaya hər zaman ən gözəl qayğı.
İndi AutoDry sensor texnologiyası ilə siz zərif və tam qurutma nəticəsi əldə edə bilərsiniz. AutoDry avtomatik olaraq daim paltarlardakı nəm səviyyəsini ölçərək camaşırların mükəmməl dərəcədə qurumasını təmin edir və paltarlarınızı həddən artıq qızmadan qoruyurur. Sadəcə uyğun proqramı seçin, sonra Wash&Dry funksiyasını işə salın və maşın avtomatik olaraq yüklədiyiniz paltarların növünə əsasən optimal parametrləri tənzimləyəcəkdir. Bosch AutoDry funksiyası qurutmaq istədiyiniz hər parçaya hər zaman ən gözəl qayğını təklif edir.
EcoSilence Drive sistemi
Bizim adi quruducularımızın EcoSilence Drive sistemi fırçasız və sürtülmə səsini optimal şəkildə azaldan və enerjiyə qənaət edən mühərriki sayəsində çox səssiz və enerji qənaətlidir. Eyni zamandsa AntiVibration sistemli yan divarlar fırlanma zamanı titrəyişi azaldır. Nəticə: narahat edilməyən gecə yuxusu və mükəmməl yuma və qurutma nəticələri. EcoSilence Drive sistemi ilə Bosch avadanlığının mühərrikinə 10 illik zəmanət verilir.
Hər zaman mükəmməl nəticələr üçün düzgün proqram.
Bizin ən son nəsil adi quruducularımız həyatınızı asanlaşdırmaq üçün hər bir fərdi ehtiyaca cavab verən müxtəlif proqram və funksiyalarla təchiz edilmişdir.
Dizayn sadəcə gözəl görünüş demək deyil.
Bosch məişət avadanlıqları yalnız yüksək keyfiyyətli materialları ilə deyil, eyni zamanda hər bir detalda keyfiyyəti müəyyənləşdirərək dünya standartlarını təyin etmişdir. iF məhsul dizaynı mükafatında yeni Bosch | 6 adi quruducuları erqonomik paneli, hamar qapı dizaynıı və asan istifadə edilən idarəetmə paneli sayəsində qalib olmuşdur.