Bir düymə toxunuşunda mükəmməl yuma.
Hamısı siz və paltarlarınız üçündür. VarioPerfect ilə yuma prosesini 65%-ə qədər sürətləndirə bilərsiniz. Əgər camaşırlarınızı səmərəli şəkildə yumaq istəsəniz, enerji istehlakını 50'%-ə qədər azalda bilərsiniz. Və bütün bunları yalnız bir düyməyə basaraq edə bilərsiniz. Nəticə hər zaman eynidir: mükəmməl təmiz camaşırlar.
Bosch barabanlı quruducular vasitəsi ilə siz zivədə paltar qurutmaqla vidalaşa bilərsiniz.
Paltarlarını evdə qurudan hər kəs otağı tez-tez havalandırmalıdır, çünki paltarlardakı nəm ətraf havaya 4 litr su yayır. Bu isə kifin yaranmasına səbəb ola bilər. Yeganə çıxış yolu otağı havalandırmaq və yenidən isitməkdir. Qış aylarında isə bu xüsusi problemə çevrilir, belə ki, otağı yenidən qızdırmaq əlavə enerji sərf edir. Siz bu enerjiyə Bosch baraban quruducuları ilə qənaət edə və kiflənmə riskini aradan qaldıra bilərsiniz.
Bizim adi quruducularımız 60 sm boyu ilə ikisi birində xidməti təklif edir.
Bosch ilə birləşdirilmiş həllər hər zaman ağıllı seçimdir və heç vaxt heç nədə güzəştə getmir: bizim adi quruducularımız bir cihazda yuyucu və quruducunu birləşdirərək, paltarlarınızı tam təmiz yumaqla yanaşı, mükəmməl və tez qurudur. Bu, onları performans və qənaətliliyə üstünlük verən, lakin yer azlığı olan insanlar üçün ideal edir.
Paltarlarınızı çirkləndirmək bundan sonra həyatınızın ən ağır işi olacaq.
Paltaryuyan maşınlar, barabanlı quruducular və ya adi quruducuların bizim adımızı daşımasına icazə verməzdən öncə onlar ən çətin testlərdən keçirilir. Bundan əlavə onlar 16 000 kq paltarı mükəmməl yumalı və qurutmalı olur. Çünki yalnız hədəf olan nəticələr əldə edildikdə bizim yüksək standartlı cihazlarımız ən ciddi yoxlamasına, yəni sizin evinizdə xidmətə göndərilir.