Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Bosch Məişət avadanlığı təmiri xidməti.

Mətbəxdə Bosch sobasını təmir edən texnik.

Təmir xidməti.

Bosch müştəri xidməti qabyuyan maşınlar, paltaryuyan maşınlar, sobalar, bişirmə panelləri, aspiratorlar və soyuducular kimi bütün əsas Bosch məişət texnikası üçün təmir xidmətləri təklif edir. Bosch mühəndislərimiz cihazlarınızın daha uzun ömür sürməsinə kömək etmək üçün orijinal ehtiyat hissələri ilə sizin və cihazınız üçün ən yaxşı həlli təklif edir.

Bosch MUM mətbəx maşınları, tozsoranlar, kofe maşınları, tosterlər və ya hər hansı digər Bosch mətbəx cihazları üçün biz Bosch təmir xidmət mərkəzlərimizdə də yardım təklif edirik.

Təmir xidmətinizi sifariş edin.

Müvafiq cihaz kateqoriyasını seçməyiniz xahiş olunur.

Cihazımla bağlı problemi özüm həll edə bilərəmmi?

Elə xırda nasazlıqlar olur ki, onları özünüz həll edə bilərsiniz. Hər hansı bir texniki yardıma ehtiyacınız olub olmadığını öyrənmək üçün, dəstək məqalələrimizi nəzərdən keçirməyiniz xahiş olunur .

Köhnə cihazımı təmir etməliyəm, yoxsa yenisini almalıyam?

Bu, cihazınızın yaşından və vəziyyətindən asılıdır. Müştəri xidmətləri şöbəmiz təmirin sizin üçün uyğun olub-olmaması barədə məsləhət verməkdən məmnundur. Əksər hallarda təmir tövsiyə olunur, çünki bu, yeni cihaz almaqdan daha sərfəlidir. Bununla belə, son qərar hər zaman sizə aiddir.

Əgər təmir mümkün deyilsə və ya tövsiyə edilmirsə, siz texnik çağırışı üçün ödədiyiniz pulun keşbekini yeni Bosch cihazı satın aldığınız zaman geri alacaqsınız.

Təmir zamanı hansı ehtiyyat hissələrdən istifadə olunur?

Bosch müştəri təmir xidməti tərəfindən yalnız orijinal ehtiyat hissələrdən istifadə olunur.

Sizin üçün ən yaxşı həlli təmin etmək üçün, mühəndisimizin təmirin həyata keçirilməsi üçün tələb olunan bütün orijinal ehtiyat hissələrinə malik olduğundan əmin olmaq məqsədilə hər bir iş texniki qrup tərəfindən təhlil edilir.

Təmir neçəyə başa gələcək?

Vəziyyətlərdən asılıdır. Cihazınız hələ də Bosch istehsalçısının zəmanəti altındadırsa, təmir pulsuz olacaq. Bununla belə, cihazınız istehsalçının zəmanəti ilə əhatə olunmursa, bəzi ödənişlər tətbiq oluna bilər. Bu halda, müştəri xidmətlərimiz sizə ən yaxşı qiymət-keyfiyyət nisbətini tapmağa kömək edəcək.

Böyük məişət texnikasının təmiri qiymətləri :
Çağırış haqqı 999 € təşkil edir <yerli qiymət haqqında məlumat> ƏDV daxil olmaqla.

Çağırış haqqı, təmirin nə qədər vaxt aparmasından asılı olmayaraq, mühəndislərin çağırışını və əməyini əhatə edir. İstənilən ehtiyat hissələrinin əvəzlənməsi təmir qiymətinə daxildir / əlavə olaraq ödənilir.
<Yerli təmir qiymətləri sistemi haqqında məlumat>

Kiçik məişət texnikasının təmiri qiymətləri:
< SDA təmir qiymət sistemi haqqında yerli info & qiymət cədvəli >

Bosch təmir xidmətimiz Bosch cihazlarınızın daha uzunömürlü olmasına necə kömək edir?

Servis mühəndislərimiz tərəfindən həyata keçirilən təmir Bosch cihazlarınızın xidmət müddətini uzadacaq.

Mühəndislərimiz yalnız məişət cihazı istehsal edildikdən sonra ən az 15 il ərzində mövcud olan orijinal ehtiyat hissələrindən istifadə edirlər. Bu, cihazınızın daha uzunömürlü olmasını təmin edir.

Bosch-un təmir xidmətini niyə sifariş etmək lazımdır?

Məhsul istehsalçısı olaraq heç kim Bosch cihazlarını bizdən yaxşı tanıya bilməz. Biz həmçinin təmir üçün qısa gözləmə müddətlərini də təmin edirik.

Məişət texnikasının təmiri üçün orijinal ehtiyat hissələri ən az 15 il müddətində mövcud olur..

Mənə yaxın bir Bosch müştəri xidməti varmı?

Bəli. Bizim ölkə ərazisində geniş xidmət şəbəkəmiz mövcuddur.

Bosch istehsalçı xidməti olaraq, bütün ölkə ərazisində sizin Bosch məişət texnikanızı peşəkar şəkildə təmir etməyə hazır olan Bosch mühəndislərindən ibarət heyətimiz var.