Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Care Like A Bosch.

Bosch kimi qayğı göstərin.

Bosch qabyuyan maşınları sizin daha məsuliyyətli davranmağınıza necə kömək edir?

Məsuliyyətli seçimlər etmək, sərhədləri aşmaq və müsbət təsir yaratmaq üçün insanı nə ruhlandıra bilər?

Bosch-da bizim üçün və missiyamızı bölüşən hər kəs üçün bu, yaşadığımız planetin qayğısına qalmaq öhdəliyidir. Biz məsuliyyətli davranmaq və həyatı asanlaşdıran yüksək keyfiyyətli, uzunmüddətli həllərimiz vasitəsilə hər gün müsbət dəyişikliklər əldə etmək üçün hərəkət etməli olduğumuza inanırıq.

Odur ki, siz təhlükəsiz gələcəyə əhəmiyyət verirsinizsə

Bosch kimi qayğı göstərin.

Su planetimizin can damarıdır. Suyun qayğısına qalmaq məsuliyyətli həyat tərzinin ayrılmaz hissəsidir. Hazırda su qıtlığı üzləşdiyimiz ən mühüm ekoloji problemlərdən biridir və bu, bizim təcili tədbirlər görməmizi tələb edir.

Lakin, haradan başlamaq lazımdır? Gündəlik rejimin dəyişdirilməsi, məsələn, qab yuma üsulunuz ilk təsirli addım ola bilər. Qabların əl ilə yuyulması çox səy və vaxt tələb etməklə yanaşı, həm də çox miqdarda su sərf edir. Bosch qabyuyan maşınları hər dövrədə 150 litrə qədər suya qənaət edir*.

Həyat üçün ən əhəmiyyətli resursumuzun qayğısına qalın...

Suya Bosch kimi qayğı göstərin.

Ətraf mühitə qarşı məsuliyyətli olmanın əsas amili enerji istehlakıdır. Elektrik rozetkasına qoşulan Bosch qabyuyan maşınları qabları əl ilə yuyarkən istifadə olunan su qızdırıcısından daha az elektrik enerjisi sərf edir. Bosch qabyuyan maşından istifadə edərək, qabları əl ilə yumağa nisbətən 3 dəfə daha az enerji sərf edəcəksiniz**

Daha az resurs xərcləyin...

Enerji sərfiyyatına Bosch kimi qayğı göstərin.

Məsuliyyətli davranış daha etibarlı gələcəyi formalaşdırmaq missiyamızla məhdudlaşmır. Məsuliyyət evdə, ailənizin rifahının qayğısına qalmaqdan başlayır.

Qabların əl ilə yuyulması sadəcə litrlərlə su istifadə etmir... O, saatlarla vaxtınızı və enerjinizi, elektrik enerjisini və s. də xərcləyir. Bununla belə, o, qabların üzərindəki bakteriya və virusları kifayət qədər təmizləmir. Bosch qabyuyan maşınları virus və bakteriyaları 99,99%-ni təmizləyir.***

Qablarınızı yuyarkən mükəmməl gigiyenik nəticələr əldə edin...

Gigiyenaya Bosch kimi qayğı göstərin.

Zamandan daha dəyərli nə ola bilər? Xüsusilə də sevdiklərimizlə keçirdiyimiz və hər bir anını qiymətləndirdiyimiz vaxtdan daha dəyərli. Əl ilə qabların yuyulması kimi vaxt tələb edən məişət işləri artıq bizə mane olmayacaq.

Bosch qabyuyan maşınları hər dövrədə 1,5 saata qədər vaxta qənaət edərək**** bu vaxtı sizin üçün həqiqətən dəyərli olan insanlarla keçirəcəyiniz xoş anlara həsr etmək imkanı verir.

Ailənizə və özünüzə daha keyfiyyətli vaxt ayırın...

Ailə ilə keçirdiyiniz vaxta Bosch kimi qayğı göstərin.

Bosch qabyuyan maşınları hər gün daha məsuliyyətli davranmağınıza kömək edir. Və həqiqətən vacib olan şeylərə diqqət yetirməyinizə.

Bosch kimi qayğı göstərin.

* "Əl ilə qab yuma vərdişlərinin laborator tədqiqat üzrə dissertasiya" Petra Berchholz və başqaları, Bonn Universiteti. Beynəlxalq İstehlak Tədqiqatları Jurnalı (2016), (səh. 48) müstəqil mənbələrin hesabatına görə, 150 litrə qədər suya qənaət müxtəlif ölkələrdə əl ilə qab yuma ilə müqayisədə hər qabyuyan maşın dövrü üçün orta hesabla 10 litr su sərfiyyatına və avtomatik qabyuyan maşınların sudan istifadə qaydalarına əsaslanır. Faktiki suya qənaət ölkəyə xas su istifadə modellərindən asılı olaraq dəyişə bilər.

**"Əl ilə qab yuma vərdişlərinin laborator tədqiqat üzrə dissertasiya" Petra Berchholz və başqaları, Bonn Universiteti. Beynəlxalq İstehlak Tədqiqatları Jurnalı (2016) müstəqil mənbələrin hesabatına görə, Əl yuma ilə müqayisədə 3 dəfəyə qədər enerji qənaəti, D sinifli qabyuyan maşın üçün dövr başına 0,84 kVt/saat orta enerji sərfiyyatına və müxtəlif ölkələrdəki enerji istifadə qaydalarına əsaslanır. Faktiki enerji qənaəti müəyyən bir ölkədə elektrik enerjisindən istifadənin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər

*** İnteqrativ Gigiyena və Virusologiya İnstitutu tərəfindən qabyuyan maşınlarının temperaturu 70 °C-ə qədər olan sınaqdan keçirilmiş proqramlarda qişalı və qişasız virusların (məsələn, Murine Parvo MVM, Corona, Influenza, Noro) və bakteriyaların (Enterococcus faecium) təmizlənməsi ilə bağlı keçirilmiş testlərə əsasən

**** 1,5 saata qədər vaxta qənaət "Əl ilə qab yuma vərdişlərinin laborator tədqiqat üzrə dissertasiya" Petra Berchholz və başqaları, Bonn Universiteti. Beynəlxalq İstehlak Tədqiqatları Jurnalı (2016), və Stamminger R. və başqaları (2007) "Avropada qab yuma vərdişləri və üsulları. Ev təsərrüfatı elmi." müstəqil mənbələrin hesabat/məqalələrindən alınmış məlumatlar əsasında hesablanmışdır.Faktiki vaxta qənaət fərdi qab yuma vərdişlərdən asılı olaraq dəyişə bilər.