Skip to content
Məişət Texnikası
Daxil ol / Qeydiyyatdan keçin

Yanyana

Ən yaxşının ikiqatını istəyənlər üçün.

Bizim iki qapılı yanyana dondurucu-soyuducularımız texniki mükəmməlliyi əvəzolunmaz dizaynla birləşdirir. İnnovativ texnologiyalarımız sayəsində siz bir düymənin sıxılması ilə buz əldə edə, meyvə və tərəvəzləriniz üç dəfə daha uzun müddət təravətli qala və bir daha soyuducunun donunu açmaq ehtiyacınız olmaya bilər. Çox sayda acmış insanı yedirməli olsanız, əlavə genişliyi olan dondurucu-soyuducuları seçin.

Yanyana dondurucu-soyuducular necə quraşdırıla bilər?

Bizim yanyana dondurucu-soyuducularımız demək olar ki, bütün mətbəxlərə uyğunlaşdırıla bilər. Amerika standartlarına uyğun iki qapılı yanyana avadanlıq soyuducu və şaquli dondurucunun birləşməsindən ibarətdir. Avropa standartlı yanyana soyuducu-dondurucularda sərbəst soyuducu və sərbəst şaquli dondurucu bağlayıcı kəmərlə birləşdirilir.

Yanyana soyuducu-dondurucularda optimal enerji səmərəliliyinə necə nail olursunuz?

Yanyana soyuducu-dondurucularınızın arxasında havalandırma üçün kifayət qədər yer olduqda optimal enerji səmərəliliyinə nail olacaqsınız.

Hansı en ölçülər mövcuddur?

Amerika standartlı soyuducu-dondurucular 175,6 sm və 180 sm hündürlükdə və 91 sm və 90 sm enində mövcuddur. Avropa standartlı soyuducu-donduruclar birləşdirildikdə 120 sm enində və 186 sm hündürlükdə olur.

Mükəmməl nəticələr, təkmilləşdirilmiş dizayn. Xəyal etdiyiniz mətbəx üçün Bosch daxildə qurulan cihazları.

Mətbəxinizi həqiqətən xəyal etdiyiniz mətbəxə çevirmək istəyirsinizsə, biz yalnız soyuducu və dondurucular təklif etmirik, eyni zamanda quraşdırılan qabyuyan maşın, mükəmməl şəkildə quraşdırılmış yemək və şirniyyat bişirmə cihazları da təklif edirik. Bizim məişət texnikamız vaxta tabe olmayan, rahat dizaynı mükəmməl texnoloji keyfiyyət və maksimal səmərəlilik, davamlılıq və rahatlıqla birləşdirir.

Bizim xidmət

Mükəmməl xidmət - satın almadan əvvəl və sonra.

Bakı | Azərbaycan
YURD SERVICE MMC
Bakixanovküç.,75-79
+994124413301
+994504173434
+994554173434
info-service@yurd.az

Bakı | Azərbaycan
BAKU SERVICE COMPANY MMC.
1-ci filial Nərimanor r-nuƏhməd Rəcəbli küç. 1, bina 50C
2-ci filial Xətai r-nuM.
Hadi küç.41 Y.
012991
info@bakuservice.az

+49 89 4590-3641

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.

Satıcı tapın

Sizə yaxın dilerlər və ya xidmət mağazaları tapın!