Daxildə qurulmuş qabyuyan maşınlar

Bizim daxildə quraşdırılmış qabyuyan maşınlarımız üçün çirkli qablar mətbəxinizə uyğunlaşmayan yeganə əşya olacaqdır.

Daxildə qurulmuş Bosch qabyuyan maşınları şkafın altında və ya belinizə güc verməmək üçün hündür şkaflarda göz səviyyəsində yerləşdirilə bilər. 87 sm və ya aşağı künclərdə daha hündür şkaflarda XXL ölçülü qabyuyan maşınları tövsiyə edirik. Daxildə daha 5 sm yer ilə siz soba siniləri, böyük boşqab və tavalar üçün yer əldə edəcəksiniz.

Birləşdirilmiş və tam yerləşdirilmiş qabyuyan maşınlar arasında nə fərq var?

Birləşdirilmiş qabyuyan maşınlar

Quraşdırılmış qabyuyan maşının qapısına mətbəx şkafının uyğun bir hissəsi əlavə edilməli və beləliklə yalnız qabyuyan maşının idarəetmə paneli görünməlidir. O, daimi iş masasının altında quraşdırılır.

Tam yerləşdirilmiş qabyuyan maşınlar

Tam yerləşdirilmiş qabyuyan maşının ön hissəsi mətbəx şkafına uyğun qapı ilə bağlanmalıdır. İdarəetmə paneli artıq görünmür. Qabyuyan maşın qapı açıq olduqda yuxarıdan idarə edilir. O, daimi iş masasının altında quraşdırılır.

İndi mən qabyuyan maşını necə quraşdıra bilərəm?

Qabyuyan maşınlar yalnız iş səthinin altında və hündür divar şkafında da yerləşdirilə bilər. Göz səviyyəsində işləyən maşının erqonomik faydaları vardır, belə ki, onu işlətmək üçün siz əyilməli olmayacaqsınız. Bundan əlavə biz 45 sm enində şkafda və ya göz səviyyəsində quraşdırıla bilən yığcam avadanlıqlar da təklif edirik. Bu, kiçik mətbəxlər üçün və ya ikinci avadanlıq kimi ideal seçimdir.

İş masası 87 sm-dən yüksək olduqda hansı seçimlər vardır?

İş masasının altındakı hündürlük 87 sm olarsa, biz XXL ölçülü qabyuyan maşınları tövsiyə edirik. Bu avadanlıqları 5 sm daha hündürdür və soba siniləri və böyük boşqablar üçün daha çox yeri vardır.

Dekorativ panelli aşağıda quraşdırılmış qabyuyan maşın nədir?

Bu, mətbəx şkaflarınıza və ya paslanmayan polad səthə uyğunlaşdıra biləcəyiniz dekorativ panelli aşağıda quraşdırılmış qabyuyan maşındır və xüsusi aksessuar kimi təklif edilir.

Qabyuyan maşını harada quraşdırmamalıyam?

Qabyuyan maşınlar sərbəst bişirmə pilətələrinin altında qurşdırıla bilməz, belə ki, o, həddən artıq qızma və ya kondensasiya səbəbindən korlana bilər.

Nə üçün paslanmayan polad səthi seçmək lazımdır?

Paslanmayan polad səthlər qabyuyanın sol və sağ yan hissələrinə birləşdirilə bilər. Onlar quraşdırma ilə yanaşı qabyuyan maşının təmizlənməsini asanlaşdırır və qabyuyan maşını daha zərif göstərir.

Mükəmməl nəticələr, təkmilləşdirilmiş dizayn. Xəyal etdiyiniz mətbəx üçün Bosch daxildə qurulan cihazları.

Mətbəxinizi həqiqətən xəyal etdiyiniz mətbəxə çevirmək istəyirsinizsə, biz qabyuyan maşınınıza uyğun olan soyuducu, dondurucu və mükəmməl yerləşdirilən yemək və şirniyyat bişirmə avadanlıqlarının geniş çeşidlərini təklif edirik. Bizim məişət texnikamız vaxta tabe olmayan, rahat dizaynı mükəmməl texnoloji keyfiyyət və maksimal səmərəlilik, davamlılıq və rahatlıqla birləşdirir.

(+994 12) 480 33 01
info-service@yurd.az

(+994 12) 530 90 35
info@ser-cen.az

(+994 12) 954
servis@optimal.az

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.