Green Technology inside ilə Bosch məişət texnikası

Düyməyə bir toxunuşla məsuliyyət hissi. Bosch məişət texnikası.

Hər bir Bosch məişət texnikası məhsulu ətraf mühitə xüsusi qayğı ilə istehsal olunur. Çünki biz bütün sahələrdə dayanıqlılıq prinsipi əsasında fəaliyyət göstəririk. Bütün bunlar istehsaldan öncə başlayır və yalnız qablaşdırma materialı yenidən emal olunanda bitir. Bizim ən qabaqcıl və ən effektiv modellərimizi “Green Technology inside” nişanından tanıyacaqsınız. Onlarla siz öz işlərinizi görərək, sadəcə bir düyməyə basmaqla ətraf mühitin qayğısına qala bilərsiniz. Bununla yanaşı, ekoloji baxımdan ən qabaqcıl məişət texnikası məhsullarımız inanılmaz dərəcədə qüvvəyə malikdir.

Green Technology inside texnologiyası vasitəsi ilə daha da dözümlü ətraf mühit yaradaq.

Bizə məxsus patentlərin təxmini 40%-i ətraf mühitin mühafizəsi və resurslardan məsuliyyətli istifadə ilə bağlıdır. Günümüzdə bizim məhsullarımız dünyada ən effektiv və qənaətcil məişət texnikaları sırasındadır. Bu həm ətraf mühit, həm də sizin cibiniz üçün faydalıdır.

Biz heç nəyi yarımçıq saxlamırıq. Bircə su istisna olmaqla.

Heç su istehlakınızı iki dəfəyədək azaltmağa cəhd etmisiniz? Biz etmişik. 1990-cı ildən etibarən istehsal etdiyimiz məişət texnikalarının su istehlakını iki dəfə azaltmağa nail olmuşuq.

Ağıllı qablaşdırılır, effektiv daşınır.

Biz daşınma zamanı da resurslara qənaət edirik. Məsələn, qabyuyan maşınlarımızı xüsusi qaydada qablaşdırırıq ki, bu da bir dəfəyə eyni anda daha çox məhsul daşınmasına şərait yaradır. Bu, qablaşdırma materialından istifadəni azaltmaqla yanaşı, yanacağa qənaət etməyə və atmosferə buraxılan CO2 qazının həcmini azaltmağa imkan verir.

Tullantılar bizim üçün sadəcə zibil deyil.

Fabriklərimizdə istehsalat tullantılarının toplanması və çeşidlənməsi həyata keçirilir. Hazırda biz tullantıların 92%-ni yenidən emal edirik.

Enerjiyə qənaət üzrə tövsiyələr

Ətraf mühiti qorumağın bir neçə sadə yolunu kəşf edin!

Dayanıqlıq aldığınız zaman başlayır.

Qabyuyan maşın alarkən mümkün olan ən aşağı su sərfiyyatı imkanından faydalanın. Hər yuma üçün 8-10 litr su sərf edən modellər yaxşı ortalama hesab olunur.

İki dəfə az yüklənmə, iki dəfə çox əyləncə.

"Half Load" kimi proqramlar bir neçə qabın yuyulması üçün ideal funksiyadır. Bu həm pul, həm də enerjiyə qənaət etməyə imkan verir.

(+994 12) 480 33 01
info-service@yurd.az

(+994 12) 530 90 35
info@ser-cen.az

(+994 12) 954
servis@optimal.az

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.