Bosch məişət texnikasının layiq görüldüyü mükafatlar

Yüksək keyfiyyət, ən yaxşı nəticələrə və müştəri məmnuniyyətinə zəmanət verir.

Bosch məişət texnikaları mütəmadi olaraq müstəqil məhsul sınaqlarında yüksək nəticələr nümayiş etdirir. Bu, Bosch mühəndislərinin yüksək peşəkarlığından xəbər verməklə yanaşı, sizin seçiminizin yüksək keyfiyyət, texniki mükəmməllik və tam etibarlılıq tələblərinə cavab verdiyini sübut edir.

*Mənbə: Euromintor, satışlar buraxılışı, 2016-cı il

Məişət texnikası axtarışında olarkən nömrə birdən başqasına nəzər yetirmiyin.

Bosch məhsulları Avropada* başlıca məişət texnikası kateqoriyaları üzrə N1 brenddir və biz davamlı olaraq mükəmməlliyə doğru addımlayırıq. İdeal evinizin qurulmasını bizə - peşəkarlara etibar edin.

Bosch məişət texnikalarıyla liderlik imkanı yaşa.

Yeni məişət texnikası alarkən doğru seçim etdiyinizə əmin olmaq istəyirsiniz. Bu işdə müstəqil müqayisə testləri sizə yardımçı ola bilər. Testlərdən əlavə məmnun müştərilər keyfiyyətlə bağlı vədimizə əməl etməyimizin ən yaxşı sübutudur.

Sınaqların qalibi ilə möhtəşəm nəticələrə doğru.

Təravətli tərəvəzlər və mükəmməl nəticələr. Almaniyanın Stiftung Warentest təşkilatının test sınaqlarının qalibi - HBC24D553 buxar sobamızı siz də sınaqdan keçirib kəşf edin.

Sakit və effektiv.

Bosch şirkətinin təqdim etdiyi SMV69N00EU modelli qabyuyan maşın sadəcə 42 desibel səsə malik olmaqla mükəmməl funksionallığa malikdir.

"SmartCool" dondurucu kameraya malik KGE39AI40 soyuducumuz enerjiyə qənaət edən lampadan daha qənaətcildir.*

Geniş soyutma kamerasına və möhtəşəm dondurma gücünə malik SmartCool KGE39AI40 soyuducusu A+++ enerji effektivliyi sinfinə aiddir.

*18 Vt elektrik gücünə malik enerjiyə qənaət edən lampanın 365 gün, gündəlik 24 saat işləməsi ilə müqayisə olunub.

Əsl qalib: "Bosch VeroCafe Latte" avtomatlaşdırılmış qəhvə maşını.

Sadəcə bir düymə sıxmaqla dolğun dada malik qəhvə içkiləri hazırlamağa imkan verən və asan təmizlənən qəhvə maşını. VeroCafe Latte avtomatlaşdırılmış qəhvə maşınımız "Stiftung Warentest" institutunun keçirdiyi sınaqlarda 1-ci yerə layiq görülüb.

Dizayn sadəcə yaxşı görünüş demək deyil.

Biz yalnız keyfiyyəti gözəgörünən etmirik, həmçinin hər detalı mükəmməlliyə qədər işləyirik. Biz ilk baxışdan cəzb edən və etibarlı köməkçiniz olacaq məhsullar yaradırıq.

Dəfələrlə parlaq: Əvəz olunmaz güc.

ActiveWater qabyuyanlar. Üst- üstə mükafavatlara layiq görülüb.

Laiqli qələbə: Lider tozsoranlarımız.

"Bosch BGL35Move range" tozsoranı ən yaxşı məhsul dizaynı üzrə iF mükafatına layiq görülüb. Münsiflər onun unikal dizaynı, kompakt ölçüsü, yüngül çəkisi və aşağı enerji sərfiyyatını layiqincə qiymətləndiriblər.

Təravətli məhsullar, Fərqli dizayn: Mükafatına layiq görülmüş soyuducumuz.

Bu məişət texnikası məhsullarınızı təravətli saxlamaqla yanaşı istənilən mətbəxin bəzəyinə çevriləcək. Qeyd edək ki, Bosch soyuducusu 2013-cü ildə "Red Dot" mükafatının qalibi olmuşdur.

Mükəmməllik ənənəsi.

"Bosch 450 GFS" soyuducusu 1960-cı ildə iF məhsul dizaynı mükafatına layiq görülüb.

(+994 12) 480 33 01
info-service@yurd.az

(+994 12) 530 90 35
info@ser-cen.az

(+994 12) 954
servis@optimal.az

Boschu sınayın

Keyfiyyətini, mükəmməlliyini və etibarlılığını kəşf edin.